Dostlar!
Şəhərimizdə ilk dəfə!
Sizə bir yenilik təklif etmək istərdik: termik və kimyavi emala məruz olmayan “diri” desertlər.
Bizim desertlərdə insan sağlamlığına zərərli olan şəkər, yağlı kremlər və konservantlar yoxdur.
Desertlərin hazırlamasında istifadə edirik: müxtəlif yerli, ekzotik və qurudulmuş meyvələr, giləmeyvələr, qoz, fındıq, fıstıq, keşyu, badam, təbii siroplar, toxumlar, kakao, keçiboynuzu, kokos yağı və ya kakao yağı, bitki süd (məsələn: badam, kokos, düyü südü).

Bu üsulla desertlərin hazırlanması çiyyeyənlər tərəfindən icad olunub. Buna baxmayaraq, biz əminik ki təkliflərimiz qidanın təbii dadını, öz sağlamlığını qiymətləndirən, yeni bir dad cəhd etmək istəyən insanların xoşuna gələcək.
ÜSTÜNLÜKLƏR

  • şəkərsiz           
  • sağlam tərkib hissələr
  • süd olmadan                     
  •              

  •  əl işi
  • yumurta olmadan            
  •                

  • faydalı kombinasiyalar
  • qlütensız             
  •                        
     

  • allergiklara olar
  • konservantsız    
  •                                 

  • bütün arzularınızı nəzərə alırıq

Bir qayda olaraq, bütün desertlər inanılmaz dadlı və çox qidalıdı. Desertin  çox kiçik parçası şirinə ehtiyacı təmin etmək üçün  kifayətdir. Boş kaloriy olmadığı ücün, çox miqdarda yemək olmur.

Biz sizi un, şəkər və yağdan hazırlanmış desertləri real “diri” desertlərlə əvəz  etmək çağırırıq.

Bizim tortlar, pirojnalar, faydalı konfetlər, çia pudinglər və daha çox təkliflərimiz var, hansılar hətta  uşaqlar üçün uyğundur.

 

Bütün sifarişlərinizi istədiyiniz tarixdən 1-2 gün əvvəl versəniz minnətdar olarıq.
Əgər hər hansı bir qidaya allergiya varsa, sifariş zamanı məlumat versəniz başqaları ilə əvəz edərik.

Hazır olan bəzi desertləri hər zaman instagramda bizim səhifəmizdə görə bilərsiniz .